“Ana və bala” adlı qrup terapiyası
Məktəbimizdə "Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi" layihəsi çərçivəsində "Ana və bala" adlı qrup terapiyası tədbiri keçirilmişdir. Qrup terapiyasına ev təhsilli uşaqlarımız və onların anaları dəvət olunmuşdur. Burada bir sıra psixoloji çalışmalar və texnikalardan istifadə olunmuşdur. Burada məqsəd valideyn-övlad münasibətlərini yaxşılaşdırmaq, uşaqların sosiallaşmasini dəstəkləmək, emosional gərginliyi azad etmək idi.