Kitablar, yazıçılar və yubilyarlar
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin,Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin, "Russkiy Dom"un və Rus dilli pedaqoq və rus dilli təhsil ocaqları assosasiyasının təşəbbüsü ilə Milli Elmlər Akademiyasının kitabxanasında keçirilən"Kitablar, yazıçılar və yubiliyarlar 2022" bədii qiraət müsabiqəsində məktəbimizin Əməkdar müəllimi Solmaz Hüseynova və məktəbimizin şagirdləri Qasımova Esmira, Yusifov Tahir və Qasımlı Eltac iştirak etmişlər. Şagirdlərimiz müsabiqədə Korney Çukovskinin "Krokodil" şeirini səhnələşdirərək təqdim etmişlər. Bu müsabiqəyə yalnız Bakı şəhərindən deyil regionlardan da iştirakçılar qatılmışdı. Məktəbimizin şagirdlərinin bu müsabiqənin qalibləri seçilməsi çox sevindirici və qürurvericidir. Bütün kollektivimiz adından həm Solmaz müəlliməni, həm də şagirdlərimizi təbrik edir onlara müvəffəqiyyətlər arzu edirik.