Pedaqoji Şuranın iclası
15.12.2022-c i il tarixində məktəbin Pedaqoji Şurasının iclası keçirildi.
Müzakirəyə çıxarılan əsas məsələ:
1 noyabr 2022-ci il tarixində BŞTİ tərəfindən keçirilən monitorinqin nəticələrinin təhlili idi. Monitorinqin nəticələri ilə müəllimlər direktor Gülnarə Cəfərovanın təqdimatında tanış oldular. Hər bir sinif hər bir müəllim üçün nəticələr ayrılıqda təhlil edildi. 0-30 bal intervalı bal toplayan şagirdlər üçün valideyn, fənn müəllimləri və məktəb rəhbərliyinin fərdi qaydada təhlil aparması qərara alındı. Sonda buraxılış imtahanında iştirak etmək istəyən ev təhsili şagirdlərimizin ərizələrinə baxıldı. Cari məsələlərə dair Pedaqoji Şura qərarlar qəbul etdi.