Maraqlı keçən texnologiya dərsi
Məktəbin 3a sinif rəhbəri Zinyət Qurbanova texnologiya dərsində şagirdləri ilə maraqlı dərs hazırlamışdır. Beləki, şagirdlərə öncədən ev tapşırığı olaraq süfrə hazırlanma qaydasını əyani olaraq evdə hazırlamağı tapşırmışdır. Uşaqların bəziləri səhər yeməyi süfrəsinin, bir qismi nahar yeməyinin, bəziləri isə şam yeməyi süfrəsinin hazırlanma qaydasını nümayiş etdirmişlər. Uşaqlar böyük həvəs və sevinclə süfrə hazırlmağın incəliklərini öyrənmişdilər.