“Füyuzat” jurnalının redaksiyasına ekskursiya

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 29.01.2021-ci il tarixli F-382 nömrəli əmri ilə təsdiq edilmiş 1 №-li əlavəyə əsasən bu gün məktəbimizin bir qrup yuxarı sinif şagirdləri “Füyuzat” jurnalının redaksiyasında olmuşlar. Şagirdlərimizi redaksiyada jurnalın baş redaktoru Mübariz Yunus öz komandası ilə qəbul etdi. Şagirdlərimizi maraqlandıran suallara cavab verildikdən sonra mətbəəni gəzərək kitab və ya dərginin planlaşma mərhələsindən çap mərhələsinədək hansı mərhələlərdən keçdiyini göstərdilər. Şagirdlərimiz müxtəlif peşələr və peşə sahibləri ilə tanış oldular. Sonda şagirdlərimizə MİMTA yayımlarından hədiyyələr verərək yola saldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi