OCEP layihəsi

OCEP layihəsi çərçivəsində məktəbimiz Qazaxısatanı təmsil edir. Bu məqsədlə məktəbimizə Qazaxıstan səfirliyinin nümayəndələri qonaq gəlmişdir. Şagirdlər Qazaxıstan xalqının adət-ənənəsinə uyğun olaraq qonaqları qazax milli geyimində çörəklə qarşıladılar. Daha sonra 3c sinif şagirdləri Qaxıstan millin rəqsini möhtəşəm şəkildə ifa etdilər. Qonaqlar şagirdlərin əl işlərindən ibarət “Qazaxıstan motivləri” adlı sərgi ilə də tanış oldular. Sərgidə Qazaxıstan Azərbaycan qardaşlığını nümayiş etdirən şagirdlər qonaqları heyran etdilər. Daha sonra Qazaxıstan yurtası adı verilən sinif otağına da baş çəkdilər. Qazaxıstanın milli və mənəvi dəyərlərini əks etdirən sinif otağı qonaqların təəccübünə səbəb olmuşdur. Şagirdlər Qazaxıstanın mədəniyyətini, təhsilini, incəsənətini, tarixi və mədəni abidələrini, mətbəxini dərindən araşdıraraq maraqlı məlumatlar toplamışdılar. Qonaqların suallarına daha dərindən və dəqiq cavablandıran şagirdlər onların rəğbətini qazandılar. Bütün görülən işlər qonaqların böyük marağına səbəb olmuşdur.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi