“Təbiəti qoruyanlar” layihəsi
2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihəyə start verilib. Layihənin əsas məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılmasıdır. : “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində məktəbimizdə yaradılmış oranjeriya şagirdlərin böyük marağına səbəb olmuşdur. Şagirdlər dibçəklərdə güllər əkməklə bərabər tərəvəzlər də əkmişlər. Bu gün isə bir neçə gün əvvəl yığılaraq qurudulan qırmızı bibərdən məktəbimizin bufetində istifadə etmək üçün üyüdülərək pul bibər hazırladılar.