Əməkdaşlığın maraqlı üsulu

Sinifdəki partaların, sıranın, yerin hər biri eyni dərəcədə dəyərlidir. Müəllim üçün şagirdin harada əyləşməyinin heç bir fərqi yoxdur. Çünki hər bir şagird eyni dərəcədə diqqət mərkəzində saxlanılır. Amma şagirdlər, hətta valideynlər arasında yerləşmə ilə bağlı narazılıqlar yaranır. “Mən arxada əyləşmək istəmirəm, filankəslə otura bilmərəm, xahiş edirəm, yerimi dəyişin” vəs. bu kimi müraciətlər sinif rəhbərlərinin qarşısına tez-tez çıxır.

Belə narazılıqlar yaranmasın deyə,7c sinfinin sinif rəhbəri maraqlı bir üsuldan istifadə etmişdir. Hər həftənin cümə günü şagirdlər sıranın, yerin nömrəsi yazılmış kağız olan kiçik, qapalı qutuları seçərək, gƏləcək həftə ərzində yerlərini müəyyənnləşdirirlət( bunun üçün “Kinder” şokoladlarının içərisindən çıxan qutulardan istifadə etmişdir)

Beləliklə, bu seçim bir çox məsələlərin həllinə kömək edir, problemlərin yaranmasına mane olur:

1. Ədalətlilik prinsipi pozulmur.

2. Şagirdlər lövhəyə uzun müddət eyni nöqtədən baxmırlar.

3. Şagirdlərin ünsiyyət qabiliyyəti artır, onlar daha çox sosiallaşırlar.

4. Ön sıranın, qabaq yerin arzusunda olanlar da seçim nəticəsində buna nail ola bilirlər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi