Kələğayı günü
Kələğayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır. İpək sapdan toxunmuş bu baş örtüyünün əsrlərlə tarixi var. Kələğayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət, rəmzi olmaqla yanaşı, özündə Odlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Bu adət itməsin deyə məktəbimizdə Kələğayı günü qeyd olunub. 6c sinif şagirdlərinin kəıləğayının tarixi ilə bağlı araşdırmaları maraqla qarşılanmışdır.