Narkomaniyaya yox deyək

Cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək lazımdır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır.
Bu baxımdan 25.10.2022-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə 9-11-ci sinif şagirdlərinin Nərimanov Rayon Polis İdarəsinin rəisi polis-polkovniki cənab Vaqif Müslümov başda olmaqla idarə heyəti, Veteranlar Şurasının üzvləri ilə görüşü keçirildi. Görüşdə şagirdlərə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olduğu vurğulandı. Şagirdlər narkomaniyanın vurduğu saysız -hesabsız ziyanın həcmi (praktik olaraq heç bir ölçüyə sığmır), cəmiyyətin genefondunun pisləşməsi, narkotik istifadəçisinin şəxsiyyətinin deqredasiyası barədə məlumatlandırıldılar.
Şagirdlərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da qorumağa çalışar.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi