Beynəlxalq Məktəb kitabxanaları günü
1999-cu ildən bəri qeyd olunan Beynəlxalq Məktəb kitabxanaları günü münasibətilə kitabxanaçı Xanım İmanova şagirdlərlə görüş keçirib. Şagirdlərin mütaliə etmək həvəsini artırmaq məqsədilə məktəb kitabxanasında maraqlı diskusiya təşkil edib. Məktəb kitabxanasından necə istifadə etməyi onlara aşılayaraq orada olan ədəbiyyat haqqında məlumat verib. Görüş şagirdlər arasında böyük marağa səbəb olub.