Uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi

19 oktyabr 2022-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planının icrası ilə bağlı Təhsil və Elm Nazirliyinin tədbirlər planına əsasən “Uşaqlarda təhlükəsizlik və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması istiqamətində mərkəzin dərnək üzvləri arasında “Özünü qorumağı öyrən” estofet yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd uşaqları zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda fiziki fəaliyyətə, xüsusən də qrup şəklində fiziki oyunlara marağı artırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. 
Yarışda Bakı şəhəri Nərimanov rayonu 36 nömrəli tam orta məktəbin Tarix diyarşünaslıq dərnəyinin üzvləri - “Zəfər” komandası ll yerə layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə təltib ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi