Yaşıl layihə: “Təbiəti qoruyanlar”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: ”Təbiəti qoruyanlar” adlı layihəyə start verilmişdir. Layihə təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühit və ekologiyanın mühafizəsi məqsədlərinə xidmət edir. Bu məqsədlə məktəb rəhbərliyi və şəhid Novruzov qardaşlarının anası Lətifə ananın iştirakı ilə şagirdlərimiz tərəfindən məktəbimizin həyətyanı sahəsində xan çinar ağacının pöhrələri əkildi. Şəhid qanı ilə suvarılan bu torpaqda böyüyən fidanlar gələcəkdə bizə həyar bəxş edəcək.