Xarıbüllü, zəfər qoxulu “Son zəng”

Bu gün Vətənimizin hər bir təhsil ocağında bayram ovqatı yaşanır. Bu çal-çağıra səbəb  təhsilin 11 ilini başa vuran məzunlar, ”Son zəng” dir.
   Zaman axıb keçir üzərimizdən. Karvanlar  gəlir uzaq dünyalardan və karvanlar uzaq dünyalara gedir. Köçənlər, ağlayanlar və gələnlər hər yerdə var. Bizə ucsuz bucaqsız görünən, fəqət bu aləmdə bir nöqtə qədər kiçik bir dünya var. Bu bizim heç durmadan dönüb gedən dünyamız , heç vaxt yaddan çıxmayan 11 illik yol yoldaşımız, məktəb həyatımızdır.
    Sinif otağı, dəhlizlər, ilk müəllim və bu gün sərbəst həyatın enişli-yoxuşlu, məsuliyyətli və əldə edə biləcəklər, arzular, xəyallar, qazanıb və itirəcəklərimizi ələkdən keçirməyi bacaran dünyagörüşlü, bilikli, elmli, savadlı ömürlərini şam kimi əridib həyata hazırlayan müəllimlərimizin əhatəsində o balaca dünyanın nuruna toplaşan şən, qəh-qəhəli məzunlar!
   Əziz, şagirdllərimiz, həyatınızda bir çox dəyərlər olacaq. Onlar zamanla dəyişəcək, formalaşacaqdır. Yalnız önəmli olan iki dəyər əsla dəyişməyəcək Vətən və millət. Harda yaşamağınızdan , nə işlə məşğul olmağınızdan aslı olmayaraq bunu heç zaman unutmayacaqsınız. Çünki siz beş şəhid məzunu olan məktəbin şagirdlərisiniz. Necə onlar Vətənin azadlığı, bütövlüyü uğrunda şəhid olaraq bizlərə nurlu gələcək bəxş ediblər. Bizlər də Vətənin daşı, mamırı  olmağı şərəf bilərək yaşamalıyıq.
 Dəyərli, məzunlar, üzərinizdən Xarıbülbüllü  zəfər qoxusu əskik olmasın. Sizə nurlu gələcək, tələbə adını qazanmağı arzulayırıq.Yolunuz açıq, uğurlu olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi