“Arzularımız və istəklərimiz” layihəsi
“Arzularımız və istəklərimiz” layihəsinin iştirakçısı olan ibtidai sinif müəllimi Zeynəb Nəbiyevanın təşkilatçılığı ilə 4 c sinif şagirdləri və valideynləri ilə birlikdə “Nur” uşaq evinin uşaqları ilə “Təhsil və psixologiyanın vəhdətində" mövzusunda maddi mənəvi dəyərlərimizin qarşılıqlı həyata keçirilməsi məqsədi ilə görüş keçirmişdirlər. Şagirdlər həmyaşıdlarına müxtəlif sovqatlar aparmışlar. Şagirdlərin musiqi, şeir töhfələri uşaqların ürəyincə olmuşdur. Müəllim qoyulan məqsədə nail olmuşdur. Beləliklə uşaqlar arasında dostluq qurulmuş və bunu bir ənənəyə çevirməyi qərarlaşdırmışlar.