Sağlam gələcək naminə

Müasir dövrün ağrılı bəlalarından biri də narkomaniyadır. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycan dövlətinin başlıca vəzifəsi  olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir.Psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğatın aparılması məqsədilə 9 iyun 2022-ci il tarixdə məktəbin təşkilat işləri üzrə direktor müavini Tamilla Soltanovanın və uşaq birliyinin rəhbəri Şəfaqət Qələndərovanın  təşkilatçılığı ilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək”  adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər zərərli vərdişlərə aludəçiliyin törətdiyi bəlalardan  və fəsadlardan danışaraq, şagirdlərə  müəyyən tövsiyələr vermişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi