“Qayğısız uşaqlar və onların hüquqları” adlı tədbir
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Cəmiyyətdə də bu işin məsuliyyəti daha çox təhsilin və təhsil işçilərinin üzərinə düşür. Məktəbimizin kollektivi bu şərəfli işi sevərək həyata keçirmişlər. Beləki, ibtidai sinif müəllimləri “Qayğısız uşaqlar və onların hüquqları” adlı tədbir keçirmişlər. Tədbirdə onların hüquqlarının tanınması və icrasının təmin edilməsi üçün rollu oyunlardan istifadə edilmişdir. Bu rollu oyunlar əyləncəli olması ilə yanaşı maarifləndirici xarakter daşımışdır.
Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir.