31 mart soyqırım günü
Bakı şəhəri 36 N-li tam orta məktəbdə mart soyqırımının 97-ci il dönümü ilə bağlı martın 31-də "31 mart qan yaddaşımz" adlı bədii kompozisiyalı tədbir keçirildi.Tədbir həmin faciəni əks etdirən video materiallarının nümayişi ilə başladı. Tarix müəllimi Cəfərova Səbinə azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi ilə çıxış edərək, uzun illər boyu gizlədilmiş bu faciəyə soyqırım kimi ilk siyasi qiymət verən ulu öndər Heydər Əliyevin rolunu diqqətə çatdırdı. Tədbirdə "Bakıda ilk atəş" və "Quba soyqırımı" adlı səhnəciklər məktəbin şagirdləri tərəfindən nümayişi etdirildi. Tədbirin sonunda məktəbin direktoru Babayeva İradə və YAP qadınlar şurasının üzvləri öz çıxışlarında şagirdləri xalqımızın başına gətirilmiş bütün faciələri unutmamağa və vətənin keşiyində daim mübariz olmağa şağırdılar.