“Mən, anam və müəllimim" şən startlar yarışması
Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: ”Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi necə tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı kimi formalaşmasında təhsilin önəmli rolu var. Məktəbimizi bu məsuliyyəti işi sevərək həyata keçirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin.04.2022-ci il tarixli F-145 nömrəli əmri ilə təsdiq edilmiş “Ailəm və məktəbim” layihəsinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbimizin direktor müavini İradə Rəşidovanın və ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə 3-cü sinif şagirdləri arasında “Mən, anam və müəllimim" şən startlar yarışması keçirilmişdir.