Yer kürəsi günü

1970-ci ildən 22 aprel “Yer kürəsi” günü kimi qeyd edilir. Hər il dünya ölkələrinin alimləri bu gündə dəyirmi masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırlar.

Bu münasibət ilə 25 aprel 2022- ci il tarixində məktəbimizin 4c sinfində Beynəlxalq Yer kürəsi günü mövzusunda Nəbiyeva Zeynab Laçın qızının təşkilatçılığı ilə açıq dərs keçirildi. Açıq dərsdə məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri və pedaqoji təcrübədə olan tələbələr iştirak etdi. Müəllim özünün hazırladığı əyani vəsaitlərdən istifadə edərək mövzunu şagirdlərin bilavasitə iştirakı ilə interaqtiv şəkildə izah edib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi