Autizmi öyrənək,öyrədək, fərqində olaq"

Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin, 4 saylı Dost mərkəzinin DK -11 könüllülərinin və 36 nömrəli məktəbin kollektivi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində “Autizm Mərkəzi”ndə olduq
Layihənin məqsədi Autizm spektr pozuntulu uşaqlar ilə 10-16 yaş aralığında olan Autizm sindromundan xəbərsiz şagirdlərin qarşılıqlı kompakt münasibətinin yaradılması,onlar üçün maarifləndirici rol oynaması idi.Biz İlk öncə 36 Nömrəli məktəbin müəllim və psixoloq heyəti ilə görüşüb uşaqlar arasında Autizmlə bağlı test imtahanı etdik.Daha sonra bu test nəticələrinə uyğun olaraq Autizm sindromundan az məlumatlı və ümumiyyətlə məlumatı olmayan uşaqlar üçün "Autizmi öyrənək,öyrədək, fərqində olaq" şüarı altında maarifləndirici təlimlər verdik.Daha sonra uşaqlara Autizm nədir, Autizmlə necə mübarizə aparılmalı çıxışlar edib onların fikirlərini dinlədik.Onlar üçün məlumat xarakterli kitabçalar payladıq və Autizm simvolu daşıyan rozetlər verdik.Layihənin 2 ci mərhələsində biz yeniden bu uşaqlarla Autizm mərkəzinə gedib onların qarşılıqlı kompakt münasibətinin yaradılmasınını təmin etdik.Burada Autizmli uşaqlarla birlikdə onalrın xüsusi istedadları ilə tanış olduq.Birlikdə oyunlar oynayıb,Rəsmlər çəkib, Mahnılar söyləyib və hətta pianino da bir Autizmli gəncin ifasını da dinlədik.