Albert Eynşteynin dünya elminə xidmətləri
Məktəbin İllik Fəaliyyət Planına əsasən 11 aprel 2022-ci tarixində məktəbimizin fizika müəllimi Ziyafət Bayramovanın təşkilatçılığı ilə 9 c sinfində XX əsrin ən görkəmli elm xadimi, “Nobel” mükafatı laureatı, “Əsrin adamı” və bütün dövrlərin ən böyük fiziki hesab olunan Albert Eynşteyn haqqında təqdimat hazırlamışdır.
Şagirdlər Eynşteynin dünya elminə xidmətlərindən danışmış, çox böyük nüfuzuna baxmayaraq təvazökar, sadə, yumor hissinin olduğunu vurğulamışdırlar. Sonda şagirdlər Eynşteynin 11 aprel 1905 -ci ildə nisbilik nəzəriyyəsini kəşf edərək, dunya elminə böyük töhfə verməsindən və onun əhəmiyyəti haqqında danışmışdırlar.