Uşaqlara Vətəni tanıdın özləri sevəcəklər

12 yanvar 2022-ci il tarixində keçirilmiş Pedaqoji Şuranın 3 nömrəli protokoluna əsasən məktəbdə şagirdlər üçün sağlam mühitin və şagirdlərdə milli mənlik şüurunu formalaşdırmaq,vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədilə məktəbin direktoru Gülnarə Cəfərovanın rəhbərliyi və Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın tərəfdaşlığı ilə mart ayının 1-dən “Ən ülvi duyğudur Vətən sevgisi” adlı layihəyə start verilmişdir.İştirakçıların aşağıdakı nominasiyalar üzrə mükafatlandırılması nəzərdə tutulmuşdur.
1.Sinif otaqlarının vətənpərvərlik istiqamətində tərtibatı, yaradılan guşələr üzrə ”Ayın vətənpərvər sinfi”
2.Sanitar-gigiyena qaydalarına əməl edilməsi görə “Ayın sağlam sinfi”
3.Məktəb kitabxanasından fəal istifadəyə görə “Ayın mütaliəsevər sinfi”
4.Məktəbdaxili qiymətləndirmədə təlim nailiyyətlərində fərqləndiyinə görə “Ayın əlaçı sinfi”
5.Məktəbdaxili nizam-intizam,şagird qaydalarına düzgün əməl edilməsinə görə “Ayın intizamlı sinfi “.
6.Sinifdənxaric və vətənpərvərlik tədbirlərinin keçirilməsində fəallığına görə ”Ayın Nümunəvi vətəndaşlar sinfi”.
Layihənin 1-ci mərhələsinin qiymətləndirilməsi keçirilmişdir.
I nominasiya üzrə aşağıdakı siniflər qalib şeçilmişdir.
5 b,5 c, 5 d,7 a,7 c, 8 a, 9 d
“Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın özləri sevəcəklər”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi