Mütaliə zehnin açarıdır.
Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliənin əsasını isə cəmiyyətin ən böyük nailiyyətlərindən biri olan kitablar təşkil edir. Böyüməkdə olan nəslin inkişafında təlim tərbiyəsində kitabın, mütaliənin necə mühüm rol oynadığını və mütaliəyə olan marağın artırılması məqsədi ilə 2-3 aprel tarixində keçirilən I Uşaq Kitab Festivalında məktəbimizin 5b sinif şagirdləri və sinif rəhbəri Aytən Bağıyeva iştirak etmişdir. Festivalda təşkil edilən müsabiqə və yarışmalar şagirdlərin böyük marağına səbəb oldu. Şagirdlər sərgidə oxuduqları bir çox hekayələrin müəllifləri ilə canlı ünsiyyət quraraq onlarla daha yaxından tanış olma fürsəti yaşadılar.