“Ən ülvi duyğudur Vətən sevgisi" layihəsi
Bu günlərdə məktəbimiz böyük həyəcan içərisindədir. Mart ayında start verilmiş “ Ən ülvi duyğudur Vətən sevgisi” adlı layihənin I mərhələsi başa çatır. Layihənin yekunlaşdırılması üçün keçirilən müsabiqənin meyarlarından biri “ Sinif otaqlarının vətənpərvərlik ruhunda tərtibatı” dır. Bu istiqamətdə görülən böyük işlərin nəticəsi olaraq bu gün məktəbin 9d sinfinin adını daşıdığı şəhid Əli Rzalının valideyni məktəbə, şagirdlərlə görüşə gəldi. Görüş müəllim və şagirdlərdə böyük təəssürat yaratdı.
18 yaş 5 ay ömür yaşamış şəhidimizin həyat yolu, zəhmətkeşliyi, Vətən, millət sevgisi hər bir şagird üçün nümunədir.
Tariximizi və onu qanı ilə yazan oğulları bilmək, tanımaq hər bir azərbaycanlının borcudur. Həyata keçirdiyimiz layihənin əsas məqsədi də budur.