Məktəbin 4a sinif şagirdi Piriyeva Aida

Məktəbin 4a sinif şagirdi Piriyeva Aida istedadı, savadı, nümunəviliyi ilə seçilən şagirdlərimizdəndir. Aida dərslərində çalışqan olduğu kimi gözəl rəsm çəkmək qabiliyyətinə də sahibdir. Onun göz oxşayan bacarıqlarını üzə çıxarmaq məqsədilən təşkilatçı Tamilla Soltanovanın rəhbərliyi ilə Aidanın imzasını daşıyan rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Sərgi digər şagirdlərin də dərin marağına səbəb olarkən o da sevə-sevə öz əsərlərini yoldaşlarına təqdim etdi. Sonda isə məktəbin direktoru tərəfindən məktəbin ictimai həyatında yaradıcılıq qabiliyyəti ilə fərqləndiyinə görə sertifikat ilə təltif edildi. Onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi