"İlk dəfə mikrofonun yaradılması" mövzusunda dərs

Tədris müəssisəmizdə təlsilverənlər tərəfindən nümunəvi dərslərin təşkili davam edir. Belə ki, fizika müəllimi Şəfəq Şirəliyeva tərəfindən şagirdlərdə keyfiyyətli bilik və bacarıqlar formalaşdırmaq məqsədilə "İlk dəfə mikrofonun yaradılması" mövzusunda əyani vasitələrin köməyi ilə həm maraqlı, həm də maarifləndirici əhəmiyyəti ilə seçilən bir dərs reallaşdırıldı. Şagirdlər dərslə bağlı hazırlanmış tapşırıqları böyük ruh yüksəkliyi ilə icra edərək fəallıq nümayiş etdirdilər.