Kollektivin mənalı istirahətini təmin etmək, təhsilalan və təhsilverənlərin yaradıcılıq bacarıqlarını üzə çıxarmaq məqsədilə məktəb kollektivi üzvləri arasında müsabiqə keçirildi

Kollektivin mənalı istirahətini təmin etmək, təhsilalan və təhsilverənlərin yaradıcılıq bacarıqlarını üzə çıxarmaq məqsədilə məktəb kollektivi üzvləri arasında müsabiqə keçirildi. Tədbir məktəbimizdə pedaqoji təcrübə keçən ADPU tələbələrinin xoru ilə başladı. Həm tələbələrin, həm şagirdlərin bir-birindən gözəl, maraqlı çıxışları hər kəsin zövqünü oxşadı. Sonra şeir müsabiqəsi başlandı. Müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən müəllim və texniki işçilərin həyəcanla, hərarətlə, bir az da utancaqlıqla səsləndirdikləri şeirlər yaddaşlarda iz qoydu. Sevindirici hal idi ki, ifalar arasında müəllif şeirləri də var idi. Əməkdar müəllim Solmaz Hüseynovanın öz kafedrasının əməkdaşlarına həsr etdiyi, təsərrüfat işləri üzrə direktor müavini Yaşar Əzizovun öz anasına həsr etdiyi şeiri hər kəsi kövrəltdi. Sonda isə direktor Gülnarə Cəfərova tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi və fərqlənən iştirakçıları Fəxri fərmanla təltif etdi. məktəbin direktoru Gülnarə Cəfərova, təşkilatçı Tamilla Soltanova və və musiqi müəllimi Nərminə Uluxanovanın təşəbbüsü ilə tədbir və kollektiv üçün nəzərdə tutulmuş şeir müsabiqəsi təşkil olundu. Tədbirdə pedaqoji kollektiv, ADPU-nun Musiqi müəllimliyi ixtisası üzrə təcrübə keçməyə gələn tələbələr və şagirdlərlə yanaşı tədris müəssisəmizin adlarını daşıdığı Novruzov qardaşlarının və hər birimizin mənəvi anası Lətifə ana da iştirak edirdi. Əvvəl şagirdlər kompozisiyalar təqdim etdilər, sonra müsabiqə iştirakçıları şeirlər səsləndirdilər, sonda isə tədbir iştirqkçıları direktor tərəfindən təltif edildilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi