Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə görüş təşkil edilmişdir

Görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə görüş təşkil edilmişdir. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın rəhbərliyi ilə bir qrup şagirdlərimiz də iştirak ediblər. Belə ki, balacaların sevimlisi Gülzar nənə adı ilə tanınan yazar Gülzar İbrahimovanın da iştirak etdiyi görüşdə şagirdlər ədəbiyyat tariximizin araşdırılmasında müstəsna xidmətlər göstərmiş Firudin bəy Köçərlinin həyat və fəaliyyəti ilə bağlı təqdimatlar etdilər, onun "Balalara hədiyyə" kitabında toplanmış nümunələrdən bir neçəsini səhnələşdirdilər. Nəticə olaraq məktəblilər ədəbiyyat tariximizin banisi, dahi şəxsiyyət Firudin bəy Köçərli haqqında, onun elmi və pedaqoji fəaliyyəti ilə bağlı dolğun məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi