Məktəbin 6a sinif şagirdi Əlizadə Fatiməni təbrik edirik

Məktəbin 6a sinif şagirdi Əlizadə Fatimə Aynur qızı istedadına, yüksək intellektinə, fəallığına görə seçilən şagirdlərimizdəndir. Xüsusilə, bildirmək istərdik ki, Fatimənin çox gözəl rəsm çəkmək qabiliyyəti vardır. Yaradıcılıq qabiliyyəti olan şagirdlərimizin tanıdılması və digər təhsilalanlarımızın da ruhlandırılması məqsədilə bu gün məktəbdə Təşkilatçı Tamilla Soltanovanın rəhbərliyi ilə Fatimənin rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Sərgidə, əvvəlcə, direktor Gülnarə Cəfərova tərəfindən Zəhraya məktəbin ictimai həyatında yaradıcılıq qabiliyyəti ilə fərqləndiyinə görə sertifikat təqdim olundu. Daha sonra isə O, sinif yoldaşlarına çəkdiyi rəsmlər haqqında dolğun məlumatlar verdi. Fatiməni təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi