5 Mart - Bədən Tərbiyəsi və İdman Günü”

Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilməsi təklif edilib.Layihə çərçivəsində təşkilatçı Tamilla Soltanova və fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə tədbirləri, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər həyata keçirilmişdir. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə İdman müəllimlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi