3 Mart Yazıçılar Günü münasibətilə tədbir təşkil olunub

3 Mart Yazıçılar Günü münasibətilə Direktor Gülnarə Cəfərova və Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Aytən Bağıyevanın başçılığı ilə tədbir təşkil olundu. Dəyərli yazıçı, pedaqoq, tərcüməçi Zahid Xəlilov və Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri  hörmətli Aybəniz İsmayılovanın qonaq olduğu tədbirin təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, maarifləndirmək, dilimizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə rəğbət hissini aşılamaq və təbliğ etmək idi. Tədbir ərzində dəyərli qonaqlar, direktor və metodbirləşmə rəhbəri öz fikir və tövsiyələrini şagirdlərlə bölüşdülər. Eyni zamanda Zahid Xəlilin- "Dəmir yumruq dastanı", Aybəniz İsmayılovanın isə "Xarıbülbül nağılı" kitabı da müzakirə olundu. Nəticədə şagirdlər üçün oxuduqları kitabların müəllifi ilə şəxsən ünsiyyət qurmaq şansı yaradıldı və onlar da öz növbələrində suallarını yazarlara ünvanlayaraq maraqlı müzakirəyə qoşuldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi