Məktəbin istedadlı şagirdlərini böyük qürur hissi ilə tanıtmağa davam edirik

Məktəbin istedadlı şagirdlərini böyük qürur hissi ilə tanıtmağa davam edirik. 6b sinif şagirdi Qulusoy Murad da seçilən şagirdlərimizdən biridir. Təhsilalma formasına görə ev təhsili üzrə savad alan şagirdimiz kiçik yaşlarından incəsənətə maraq göstərir. Murad 5-ci sinifdə oxuyarkən dərs zamanı Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Aslanbəyli tərəfindən onun ədəbi qəhrəmanların heykəllərini düzəltdiyi aşkar edilmişdir. Cizgi filmlərinin qəhrəmanlarının maketlərini çox böyük səbir və şövqlə hazırlayır. Qeyd edək ki, Muradın hümanitar fənlərə xüsusi marağı var. İngilis dilində sərbəst danışır. Azərbaycan dilinin incəliklərini öyrənməyə həvəsi var. Bütün bu bacarıqları ilə bərabər Murad çox mehriban, səmimi və sosiallaşmağa meyillidir. Bu gün Təşkilatçı Tamilla Soltanovanın rəhbərliyi ilə Muradın əl işlərindən ibarət sərgi təşkil olundu, direktor Gülnarə Cəfərova tərəfindən məktəbin ictimai həyatında yaradıcılıq qabiliyyəti ilə fərqləndiyinə görə sertifikat və uğur hədiyyəsi təqdim olundu. Muradı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi