Xocalı faciəsi

Bakı şəhəri 36 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 23-cü il dönümü ilə bağlı fevralın 26-da “Xocalım, sağalmaz yaram mənim” adlı bədii kompozisiyalı tədbir keçirildi.Tədbir o gecənin ağrı-acısını unuda bilməyən nəsildə yeganə sağ qalmış nənə nəvəsini məktəbə yazdırmasının əks etdirən səhnəciklə başladı. Altı yaşlı qız, müəllimin sualına “adım Xocalıdır” deyə dünyaya hayqırdı. Sinif müəllimi Nəbiyeva Zeynab XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı dinc əhaliyə qarşı törədilən geniş miqyaslı qanlı hərbi cinayət barəsində ətraflı məlumat verib, balaca məktəbliləri düşmənə qarşı amansız olmağa, Vətən uğrunda mübarizəyə səslədi. Məktəbin tədris işləri üzrə direktor müavini Rəşidova İradə, HİK-nin sədri Tahirə müəllim ermənilərin öz havadarları ilə birlikdə Azərbaycanlıların başına gətirdikləri müsibətlərdən danışdılar. Bu müsibətlərin davamı olan 20 yanvar Xocalı soyqırımı kimi faciələri Azərbaycan xalqının heç unutmayacağını səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi