“Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” mövzusunda məlumat sessiyası keçirilməsi

18 oktyabr 2016-cı il tarixdə Nərimanov rayonu 258 №-li məktəbdə yol təhlükəsizliyi pasportunun yaradılması və tətbiqi ilə bağlı məlumat sessiyası keçirildi. Nərimanov rayonu İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər. Məlumat sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən təşkil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi