Fəaliyyət planına əsasən məktəbdə nümunəvi dərslərin təşkili davam edir
Fəaliyyət planına əsasən məktəbdə nümunəvi dərslərin təşkili davam edir. Belə ki, bu gün də ibtidai sinif müəllimi Zeynab Nəbiyeva tərəfindən Azərbaycan dili dərsi təqdim edildi. "Dilimizdə az işlənən sözlərin tədqiqi və leksik mənasının öyrənilməsi" mövzusunda təşkil olunan dərsdə direktor Gülnarə Cəfərova və direktor müavini İradə Rəşidova da iştirak edirdi. Dərsin motivasiya hissəsində Şəhid Xudayar Yusifzadənin cəbhədə səsləndirdiyi "Vətən yaxşıdır" mahnısı səsləndirildi. Mətnində kifayət qədər tədqiq ediləsi və öyrəniləsi sözlər olan bu mahnı elə şəhidimizin ifasında şagirdlərə dinlədildi. Şagirdlər də öz növbəsində mətnin tərkibində olan sözlərlə bağlı hazırlanmış sualların cavablarını qrup üzvlərinin iştirakı müzakirə edib təqdimatlar etdilər. Nəticə olaraq şagirdlər işlənmə dairəsi müəyyən mənada məhdud olan bir sıra sözlərin mənasını və işlənmə məqamlarını öyrəndilər.