Məktəbin məzunu Şəhid mayor Emil Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib

Azərbaycan dili və ədəbiyyat müəllimimiz Şəmidə Əliyevanın oğlu Qaraheybət faciəsində şəhidlik zirvəsinə yüksəlmiş məktəbin nümunəvi məzunu mayor Emil Əliyevin doğum günü ilə bağlı təşkilatçı Tamilla Soltanova, vokal dərnəyinin rəhbəri Ülkər Xəlilova və UBR Şəfaqət Qələndərovanın təşəbbüsü ilə tədbir təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət şəhidimizin ailəsi, yaxınları, iş yoldaşları və sinif yoldaşları iştirak etdi. Tədbir zamanı Emil Əliyevin fəaliyyəti ilə bağlı videoçarx təqdim olundu, daha sonra isə şagirdlər vətənpərvərlik ruhunda hazırladıqları kompozisiyaları təqdim etdilər. Eyni zamanda Fiziki tərbiyə kafedrasının təşkilatçılığı ilə qəhrəman məzunumuzun əziz xatirəsinə həsr olunmuş dama və şahmat yarışı da həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi