"Ən ülvi duyğudur Vətən sevgisi" adlı layihəyə start verilir

Məktəbdə sağlam mühiti formalaşdırmaq, şagirdləri sosial davranış qaydalarına təşviq etmək, onlarda milli mənlik şüurunun formalaşdırılması və mənəvi-siyasi cəhətdən yetişməsi, vətənpərvərlik tərbiyəsinin aşılanması, təhsilalanlar arasında rəqabət yaratmaq, onların hüquq və vəzifələri barədə məlumatlılığı artırmaq məqsədilə məktəbin direktoru Gülnarə Cəfərovanın rəhbərliyi və Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın tərəfdaşlığı ilə mart ayının 1-dən "Ən ülvi duyğudur Vətən sevgisi" adlı layihəyə start verilir. Layihə 3 ay ərzində davam edəcək, V-IX sinifləri əhatə edəcəkdir. İştirakçılar aşağıdakı nominasiyalar üzrə mükafatlandırılacaqdır.

1.Sinif otaqlarının vətənpərvərlik istiqamətində tərtibatı, yaradılan guşələr üzrə “Ayın “vətənpərvər sinfi”

2. Sanitar-gigiyena qaydalarına əməl edilməsinə görə “Ayın sağlam sinfi”

3.Məktəb kitabxanasından fəal istifadəyə görə “Ayın mütaliəsevərlər sinfi”

4.Məktəbdaxili qiymətləndirmədə təlim nailiyyətlərində fərqləndiyinə görə “Ayın əlaçı sinfi”

5. Məktəbdaxili nizam-intizam, şagird qaydalarına düzgün əməl edilməsinə görə “Ayın intizamlı sinfi”

6.Sinifdənxaric və vətənpərvərlik tədbirlərinin keçirilməsində fəallığına görə “Ayın Nümunəvi vətəndaşlar sinfi”

  Müsabiqədə qalib olan şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən təşkil edilən nəqliyyat vasitəsilə 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman Vətən övladlarının dəfn olunduğu müqəddəs məzarları ziyarət edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi