Svetlana Rəhimxanova tərəfindən kitabxanada mütaliə saatı təşkil olunmuşdur
Fəaliyyət planına əsasən şagirdlərin mütaliə qabiliyyətini inkişaf etdirmək məqsədilə ibtidai sinif müəllimi Svetlana Rəhimxanova tərəfindən kitabxanada mütaliə saatı təşkil olunmuşdur. Şagirdlər kitabxanaçı Xanım İmanovanın onlara təqdim etdiyi nağıl kitablarını oxudular, müzakirə etdilər, nəticədə onlarda həm oxu, həm də nəqletmə bacarıqları aşılandı.