Beynəlxalq Ana Dili Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir

Tədris müəssisəmizin Fəaliyyət planına əsasən Beynəlxalq Ana Dili Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Milli qürur mənbəyimiz olan doğma dilimizin necə böyük dəyərə sahib olduğunu və dünya dilləri arasında axıcı, rəvan, diləyatımlı olması ilə seçildiyini bir daha vurğulamaq və şagirdlərin oxu, yazı bacarıqlarını inkişaf etdirmək, öz fikirlərini anlaşıqlı formada nəql etmək bacarıqlarını formalaşdırmaq məqsədilə Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva tərəfindən"Ulu öndər Heydər Əliyevin dil siyasəti" mövzusu üzrə dəyirmi masa, 5-8-ci siniflər arasında "Ana dilim can dilim, səni sevməz olsam, qoy olum dilim-dilim" adlı esse müsabiqəsi və "Dilinin pərvəri ol" başlığı altında bədii qiraət müsabiqəsi təşkil olunmuş, təşkilatçı Tamilla Soltanovanın başçılığı ilə isə divar qəzetləri hazırlanmışdır. Müsabiqədə iştirak edənlərin fəaliyyətləri münsiflər heyəti tərəfindən təhlil olundu və təyin olunmuş meyarlar üzrə hər bir şagird qiymətləndirildi. Daha sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Fətəliyevanın rəhbərliyi ilə "Ana dilimizi sevək, gələcək nəsillərə ötürək" başlığı altında Kukla teatrı tamaşası təşkil olundu. Tamaşada Nizami Gəncəvinin müəllifi olduğu "Nuşirəvan və bayquşların söhbəti" əsəri canlandırıldı. Eyni zamanda ilk dərslərdə bu əlamətdar gün ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Bu tip müsabiqələrin təşkil olunması şagirdlərdə oxu və yazı bacarıqlarını inkişaf etdirir, tədbirlər zamanı isə istər müvafiq obrazlar canlandırılarkən, istərsə də ssenariyə uyğun müəyyən kompozisiyalar təqdim edilərkən təhsilalanlarda müasir təhsilin ən vacib tələblərindən biri olan psixomotor bacarıqların formalaşdırılması reallaşır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi