"Kimya və Biologiya aylığı

Tədris müəssisəmizin Fəaliyyət planına uyğun olaraq şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə elan edilmiş "Kimya və Biologiya aylığı"na əsasən sözügedən fənn müəllimləri tərəfindən nümunəvi dərslər təşkil edilmişdir. Belə ki, rəhbərlik, tədris işləri üzrə direktor müavini və fənn üzrə metodbirləşmə rəhbərinin iştirak etdiyi biologiya müəllimləri İlhamə İsmayılova və Aida Mahmudova, kimya müəllimləri Qətibə Qocayeva və Gülçöhrə Ra mazanova tərəfindən təşkil olunan bu dərslərdə müasir təhsil proqramının tələblərinə riayət edilməsinə üstünlük verilmişdir. Şagirdlərin aktiv fəaliyyətinin formalaşdırılması, passiv təhsilalanların dərsə cəlb olunmasının təmin edilməsi və öyrənilmiş materialların hansı dərəcədə qavranıldığının izlənilməsi üçün müəllimin nəzarəti ilə mövzuya uyğun praktiki fəaliyyətlər reallaşdırıldı. Bu tip nümunəvi dərslərin təşkil olunması həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də şagirdlərin dərsə marağını artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi