Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında monitorinq keçirilmişdir

Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında sınaq xarakterli monitorinq keçirilmişdir. Monitorinqdə şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə suallar təqdim olunmuşdur. Qeyd edək ki, bu tipli sınaqların keçirilməsi təhsilalanlarda müşahidə olunan həyəcanlanma və narahatlıqların aradan qaldırılmasında mühüm rol oynamaqla yanaşı şagirdlərin ümumi baza bilikləri, tətbiq bacarıqları haqqında da təsəvvür yaradır. Bu isə tədrisdə müvafiq istiqamətlərdə yeni üsul və vasitələrin istifadəsini zəruri edərək keyfiyyətin yüksəldilməsini təmin edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi