Təhsilalanımızın uğuru
Təhsil müəssisəmizin 5 yaşlı məktəbəhazırlıq qrupunun üzvü Heybət Əhmədov Azərbaycan Respublikası Karate-Do Federasiyaları Assosiasiyasının təşkil etdiyi imtahanda uğur qazanaraq diplom ilə təltif edilmişdir. Onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.