7-ci sinif şagirdləri arasında Riyaziyyat və məntiq yarışması təşkil olunmuşdur

Məktəbin fəaliyyət planına əsasən şagirdlərin intellektual səviyyələrinin inkişaf etdirilməsi və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə 7-ci sinif şagirdləri arasında Riyaziyyat və məntiq yarışması təşkil olunmuşdur. Şagirdlər böyük həvəs və ruh yüksəkliyi ilə yarışmada iştirak etdilər. Sonda isə təyin edilən müvafiq meyarlar üzrə uğur qazanan təhsilalanlara məktəbin direktoru Gülnarə Cəfərova tərəfindən diplom təqdim edilmişdir. Əminliklə deyə bilərik ki, bu tipli yarışmalar həm şagirdlərin təlimə marağını artırır, həm də bilik və bacarıqların əldə edilməsi istiqamətində məsuliyyətli yanaşmanı təmin edir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi