"Lutfi Zadə dühası" mövzusunda dəyirmi masa təşkil olunmuşdur
Məktəbin Fəaliyyət planına əsasən şagirdlərin intellektual səviyyələrini inkişaf etdirmək və onlarda biliyi müstəqil əldəetmə qabiliyyətini formalaşdırmaq məqsədilə kitabxanada "Lutfi Zadə dühası" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada şagirdlər əyani vasitələr və elmi resurslardan istifadə etməklə fərdi və qruplar şəklində tədqiqat apardılar, daha sonra isə hər bir şagird öz növbəsində əldə etdiyi məlumata uyğun təqdimat xarakterli fikirlərini yoldaşları ilə bölüşdü. Nəticədə şagirdlər Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi L.Ələsgərzadə (Lütfi Zadə) haqqında maariflənmiş oldular.