Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiya

Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Fətəliyeva sinif rəhbəri olduğu 7a sinfini XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiyaya aparmışdır. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin Azərbaycanın iqtisadi inkişafında, mədəni tarixinin formalaşmasında əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyev ilə bağlı məlumatlandırılması və Tağıyev tərəfindən ölkəmizə verilmiş müstəsna töhfələr haqqında maarifləndirilməsi idi. Nəticədə şagirdlər həm onun sahibkarlıq, maarifçilik, xeyriyyəçilik, fəaliyyəti haqqında kifayət qədər informasiya əldə etdilər, həm də mədəniyyətimizin dirçəlişində onun tərəfindən həyata keçirilmiş təqdirəlayiq addımlardan xəbərdar oldular. Qeyd edək ki, bu ziyarətin 25 yanvar H.Z.Tağıyevin doğum tarixinə təsadüf etməsi də şagirdlər tərəfindən xüsusi maraqla qarşılandı.