Şagirdlər Şəhidlər xiyabanı, Fəxri xiyaban və Qənimətlər parkına ekskursiya ediblər

Məktəbin riyaziyyat müəllimi Şəhla Abbasova sinif rəhbəri olduğu 6b sinfini Şəhidlər xiyabanı, Fəxri xiyaban və Qənimətlər parkına ekskursiyaya aparmışdır. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir. Nəticədə şagirdlər hər birimizin qürur mənbəyi olan qalibiyyətimizin bariz sübutlarıyla dolu bir məkanı ziyarət edərək bir daha dərk etdilər ki, qəhrəmanlarımız doğma torpaqlarımızı ən çətin şəraitlərdə, min bir əziyyətlərə qatlanaraq böyük fədakarlıqla azad etməyə müvəffəq olmuşlar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi