Peşə sahələrinin tədqiq və təbliğ edilməsi məqsədilə müzakirə təşkil olunmuşdur

Bu gün məktəbdə bəzi az tanınan peşə sahələrinin tədqiq və təbliğ edilməsi məqsədilə UBR Şəfaqət Qələndərova tərəfindən müzakirələr təşkil olunmuşdur. Müzakirə zamanı təhsilalanlar tədqiqat nəticəsində topladıqları informasiyaların yer aldığı təqdimatlar etdilər. Peşə sahələrinin şagirdlər arasında tanıdılması və təbliğ olunması nəticəsində təhsilalanlar arasında müxtəlif peşələrə həvəs olduğu üzə çıxmış, hətta bəzi şagirdlər həmin peşə sahələrinə aid rəsmlər də çəkərək təqdimata əlavə ediblər. Xüsusən, qədim peşə sahələrindən olan dulusçuluq və papaqçılıq ilə bağlı edilən təqdimatlar dolğun məlumatları özündə əks etdirməsi ilə seçildi. Onların maraqlarının məqsədə çevrilməsi ilə bağlı hansı addımların atilacağı müəllimlər tərəfindən müəyyən olunacaq və müvafiq tədbirlər həyata keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi