"Dədəmin, nənəmin oyunlarını oynayıram" adlı eTwinning layihəsi

Məktəbin ibtidai sinif müəllimi Firəngiz Dəmirçəlli sinif rəhbəri olduğu 1a sinif şagirdlərinin iştirakı ilə Türkiyə və Azərbaycanın tərəfdaşlığı ilə həyata keçirilən "Dədəmin, nənəmin oyunlarını oynayıram" adlı eTwinning layihəsinə qoşulmuşdur. Layihə qədimdən bəri nəsildən-nəsilə ötürülən ənənəvi uşaq oyunlarını dərslərə inteqrasiya etmək məqsədi daşıyır. Müəyyənləşdirilmiş nəticəyə əsasən şagirdlər oyun vasitəsilə paylaşmağı, həmyaşıdları ilə sosiallaşmağı, nəsillərarası ünsiyyətin, yaradıcı düşüncənin, kollektiv işin və komanda işinin asanlaşdırılmasının dəyərini ,hörmət etməyi və əməkdaşlıq etməyi öyrənib bunu həyatlarında da tətbiq edəcəklər. Layihədə iştirakçıların Web 2.0 alətlərindən istifadə etməsi nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi