"Ən ülvi duyğudur Vətən sevgisi" adlı layihəyə start verilmişdir

Məktəbdə sağlam mühiti formalaşdırmaq, şagirdləri sosial davranış qaydalarına təşviq etmək, onlarda milli mənlik şüurunun formalaşdırılması və mənəvi-siyasi cəhətdən yetişməsi, vətənpərvərlik tərbiyəsinin aşılanması, təhsilalanlar arasında rəqabət yaratmaq, onların hüquq və vəzifələri barədə məlumatlılığı artırmaq məqsədilə məktəbin direktoru Gülnarə Cəfərovanın rəhbərliyi və Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevanın tərəfdaşlığı ilə "Ən ülvi duyğudur Vətən sevgisi" adlı layihəyə start verilmişdir. Müsabiqədə ay ərzində qalib olan şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən təşkil edilən nəqliyyat vasitəsilə 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman Vətən övladlarının dəfn olunduğu müqəddəs məzarları ziyarət edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi